image-davam8backend

“Davamçı Gənclərin Birinci Forumu” baş tutdu – FOTOLAR

image-reklam_sirab_01

11 aprel tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “Davamçı Gənclərin Birinci Forumu” həyata keçirilib.

Forum Hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərə həsr olunub. Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər Siyasəti və İdman məsələləri şöbəsinin gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov, ali təhsil müəssisələrinin rektorları, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Hərəkatın katibliyi, ictimai xadimlər, gənc iş adamları, gənclər təşkilatları və media nümayəndələri, o cümlədən 200-dən çox gənc iştirak edib.

Forumun əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Forumun gedişatına əsasən baş tutan çıxışlardan sonra ötən iki il ərzində “Davam” Gənclər Hərəkatınının fəaliyyətinə daimi dəstək göstərən ali təhsil müəssisələri, özəl şirkətlər və şəxslərin təltifolunma mərasimi keçirilib. Belə ki, Azərbaycan Dillər Universitetinin rektoru, Birinci dərəcəli dövlət müşaviri, akademik Kamal Abdulla, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Bakı Ali Neft Məktəbinin rektoru, dosent Elmar Qasımov və o cümlədən “Badamlı Mineral Sular”, “Az-Granata”, “İl-Azero” şirkətləri təşəkkür plaketi ilə təltif olunub. O cümlədən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 2020-2021-ci illər ərzində “Davam” Gənclər Hərəkatının fəaliyyətinə göstərdiyi xüsusi dəstəyə görə Hərəkatın təsis etdiyi və ildə bir dəfə yalnız bir nəfərin təltif olunduğu “Davamçı” Milli Mükafatına layiq görülüb.

Rəsmi hissənin yekunu olaraq “Davam” Gənclər Hərəkatının 2020-2021-ci illər üzrə fəaliyyətinin maraqlı anlarını özündə əks etdirən videoçarx və “Davam” adlı klip nümayiş olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki