24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayonu sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlar tərəfindən qərargahına daxil olan müraciətlərə əsasən, növbəti vətəndaş qəbulunu keçirib. Görüşdə K.Nurullayeva vətəndaşları fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemlərlə bağlı geniş fikir mübadiləsi aparıb.
Bildirmək istərdik ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında işlə təmin olunma, xəstəlikdən əziyyət çəkən vətəndaşın müalicəsi ilə əlaqədar yardım göstərilməsi, Vətən müharibəsi qazisinin avtomobillə təmin edilməsi, aztəminatlı ailənin qarşılaşdığı məişət problemləri, qəyyumluq hüququndan istifadə ilə bağlı vətəndaşın qarşılaşdığı çətinlik, şəhid ailəsinə dövlət hesabına mənzil verilməsi və s. bu kimi məsələlər başlıca yer almışdır. Millət vəkilinin qərargahından verilən məlumata görə, vətəndaşların qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.