image-6257d4396a7956257d4396a796164992312960ac645725ae86fe1ad3def64da419b4backend

Dövlət Komitəsi: Zəngilanda Ağalı kəndinin inşası başa çatıb

image-reklam_sirab_01

“Böyük qayıdışı həyata keçirməkdə ən böyük maneə mina problemidir”.

Veteninfo.az xəbər verir ki, bunu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, artıq Zəngilan rayonunda Ağalı kəndinin tikintisi başa çatıb.

“Yaxın zamanlarda biz məcburi köçkünlərimizi ora köçürəcəyik”, – Rövşən Rzayev vurğulayıb.

Rövşən Rzayev diqqətə çatdırıb ki, Azərbaycan uzun illər dünyada əhalisinin hər 10 nəfərindən 1-i qaçqın və ya məcburi köçkün olan yeganə ölkə olub.

“Məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi, vahid elektron məlumat bazasının yaradılması təmin olunub. Repatriasiya prosesinin çevik və şəffaflıqla aparılmasına imkan verən avtomatlaşdırılmış sistem yaradılıb. Məcburi köçkünlərin problemlərinin həllinə hər il 100 milyon manatlarla dövlət vəsaiti xərclənib”, – o əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki