image-1900d5e2-cdc6-3b86-b208-a79f9adb9f4b_850backend

Dövlət Xidməti Bakı Ali Neft Məktəbi ilə Əməkdaşlıq Memorandumu imzalayıb

image-reklam_sirab_01

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Bakı Ali Neft Məktəbi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Veteninfo.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, sənədi qurumun rəisi Məmməd Abbasbəyli və ali təhsil ocağının rektoru Elmar Qasımov imzalayıblar.

Memorandumda ali məktəbin tələbələri üçün istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının təşkili, təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsində qarşılıqlı əməkdaşlıq nəzərdə tutulur. Sənəddə həmçinin, birgə layihə və tədqiqatların aparılması, konfrans, təlim və seminarların təşkil edilməsi, eyni zamanda tədris müəssisəsini xüsusi fərqlənmə ilə bitirmiş məzunların işlə təmin edilməsi ilə əlaqədar tərəflər arasında əlaqələrin qurulması məsələləri də əksini tapıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki