image-622b2366d4bb8622b2366d4bb91646994278622b2366d4bb5622b2366d4bb7backend

DTX-nin tutduğu başçı ilə bağlı şok faktlar: Onlardan məktəb direktoru olmaq üçün 17 min alınıb

image-reklam_sirab_01

Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Veteninfo.az-ın xəbərinə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrlik etdiyi prosesdə 5 nəfər məktəb direktoru dindirilib.

Şahidlərin hər biri ifadələrində təqsirləndirilən şəxslə münasibətlərinin olmadığını, sabiq icra başçının onlardan pul tələb etmədiklərini bildiriblər.

Rüşvət epizodu ilə bağlı danışan direktorlardan ikisi təyinat üçün Rayon Təhsil Şöbəsinin sabiq müdiri Qərənfil Əhmədovaya rüşvət verdiklərini deyiblər. Şahidlərin ifadələrindən belə olub ki, direktor təyinatı üçün onların birindən 15 min, digərindən isə 17 min manat pul alınıb.

Proses martın 25-də davam etdiriləcək.

Xatırladaq ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. (APA.AZ)

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image