image-14e1ab5a-3d41-45b6-88ab-65f42435acc8backend

Dünya Azərbaycanlılarının V Qurultayı

image-reklam_sirab_01

Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin müzakirə edildiyi ən yüksək səviyyəli tədbir.

Dünya azərbaycanlılarının 5-ci qurultayı 22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilmişdir.

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş diaspor nümayəndələrinə fəxri adları, orden və medalları təqdim edib. Fərəh Əliyeva çıxışında diaspor nümayəndələrini əziz, doğma Şuşada görməkdən şad olduğunu bildirib.

Daha sonra Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada yüksək səviyyədə təşkil olunmasına göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinin adından dövlət qurumlarına təşəkkür bildirilib.

Müzakirələr nəticəsində Qurultayın yekun sənədləri – qurultayın qətnaməsi, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayı nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) müraciəti, Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın Ermənistanın işğalından azad olunmuş ərazilərində yaratdığı mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti yekdilliklə qəbul edilib.

Tədbirdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiq olunub. Prezident İlham Əliyev Qurultay iştirakçıları tərəfindən Şuranın sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Şuranın icraçı katibi seçilib.

Yekun sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında diasporun gələcək fəaliyyəti ilə bağlı səmərəli müzakirələrin aparıldığını söyləyib və qurultay iştirakçılarına təşəkkürünü bildirib.

Şuşada keçirilən qurultayın çox böyük tarixi mənası var. Bu gün Azərbaycan yeni dövrə qədəm qoyub. Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi.  hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün. Biz bilirdik ki, bu məğlubiyyətin heç bir real əsası olmamışdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş vermiş hadisələr – hakimiyyət uğrunda gedən müharibə, milli xəyanət, satqınlıq və digər bəd əməllər, bax, bu vəziyyəti yaratmışdır. Biz bilirdik ki, bu Qələbəyə layiqik. . Sizin üçün də çox çətin idi. Çünki sizin yaşadığınız ölkələrdə erməni diaspor təşkilatları var. Siz ermənilərlə istər-istəməz hansısa ünsiyyətdə olursunuz, görüşürsünüz, ya da ki, haradasa tədbirlərdə bir yerdə olursunuz. Mən başa düşürəm ki, bu dövr sizin üçün çox ağır idi.
Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq, bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz..

Qurultay işini “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” və “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda panel iclasları ilə davam etdirib.
Aprelin 23-də başa çatacaq Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib.

Eyvazova Xədicə, sahibkar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki