Sentyabrın 12-də və 13-ə keçən gecə Azərbaycana qarşı son təxribatı zamanı Ermənistanın 4 qadın hərbçisi məhv edilib.
Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verilir.
Məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.
Qeyd edilir ki, sentyabrın 13-də baş verən hərbi əməliyyatlar zamanı qadın hərbi qulluqçular və polislər – Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan məhv ediliblər.
Qeyd edək ki, Alisa Melkonyan aprel döyüşlərində məhv edilmiş Qaqik Melkonyanın bacısıdır.