Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Ersin Tatar Kipr rum administrasiyasının rəhbəri Nikos Anastasiadisin faktları təhrif edən və məntiq səhvləri ehtiva edən yanaşmasının Ukrayna ilə Rusiya arasındakı müharibədən öz siyasi məqsədləri üçün istifadə etməklə dolu olduğunu bildirib.
Veteninfo.az xəbər verir ki, Prezident Tatar, “Belə bir yanaşmanın regional və qlobal sabitliyə xidmət etməyəcəyi açıqdır” deyib.
KKTC Prezidenti verdiyi yazılı açıqlamada rum administrasiyasının rəhbərii Nikos Anastasiadisin Ukrayna prezidenti Volodimir Zelenskinin Cənubi Kipr Nümayəndələr Palatasında telekonfransda etdiyi çıxışından sonra bir jurnalistin sualına cavab olaraq, “Ukrayna xalqının bu anda məruz qaldığı hücumlarla 1974-cü ildə bizim məruz qaldığımız eyni şeylərdir” şəklində etdiyi şəri dəyərləndirib.
Anastasiadisin çıxışının davamında Volodimir Zelenskinin “qondarma Türk istilasını qınamamasından duyduğu rahatsızlığı dilə gətirərək, hüquq prinsiplərinin dövlət arasında fərqlilik göstərməməsinin vacibliyi və hüquq prinsiplərinin bir yandan pozulması başqalarının haqlarının bilməzdən gəlindiyini önə sürdüyünü” ifadə edən Ersin Tatar Anastasiadisin bu açıqlamasının adanın tarixi gerçəkləri ilə uyğun gəlməyən, Kıbrıs probleminin səbəbini görməzdən gələn, bunun birölçülü perspektivin məhsulu olduğunu vurğulayıb. Ersin Tatar Türkiyə Cümhuriyyətinin Zəmanət və İttifaq Müqaviləsindən qaynaqlanan, beynəlxalq legitimliyi müzakirə mövzusu olmayan 1974-cü il Barış Hərakatının Yunanıstanın faşist dövlət çevrilişinə istinadən gerçəkləşdiyini və beynəlxalq hüquq çərçivəsində edildiyini və bu gün Ukraynada yaşananlarla bərabər tutulmayacağını qeyd edib.
KKTC Prezidenti açıqlamasında bu sözləri deyib:
“Kipr rum administrasiyasının rəhbəri Anastasiadisin faktları təhrif edən və məntiq səhvləri ehtiva edən bu yanaşması sadəcə olaraq Ukrayna ilə Rusiya arasındakı müharibədən öz siyasi məqsədləri üçün istifadə etməkdir.
Aydındır ki, belə yanaşma regional və qlobal sabitliyə xidmət etməyəcək.
Digər tərəfdən, dünən ABŞ dövlət katibinin müşaviri Viktoriya Nulandın işlətdiyi “Prezident Tatar” ifadəsini həzm edə bilməyən Kipr rum tərəfinin şişirdilmiş reaksiyasını pislədiyimizi vurğulamaq istərdim.
Dəfələrlə vurğuladığımız kimi, Kıbrıs türk tərəfi Şərqi Aralıq dənizinin münaqişə zonasına deyil, əməkdaşlıq hövzəsinə çevrilməsinə, dövlətlərin suveren bərabərliyinə əsaslanan həll təklifimiz əsasında rum tərəfi ilə iki mövcud dövlət və onların bərabər beynəlxalq statusa dayanan institusional əməkdaşlığa hazırdır”.