image-reklam-veteninfo
image-b448910a-f7b8-4d64-8b11-6a50a6e98891backend

ETİHİ Respublika Komitəsi üzv təşkilatlarla əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində tədbirlərini davam etdirir

image-reklam-veteninfo

AHİK-in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla bilavasitə ünsiyyətin və əməkdaşlıq mühitinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir. Bu çərçivədə növbəti regional görüş noyabrın 20-də Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutub. 

Görüşə Şəki şəhəri, Oğuz və Balakən rayonlarının təhsil müəssisələrində fəaliyyət göstərən ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri qatılıblar.

Tədbirdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə,və Komitənin məsul əməkdaşları iştirak ediblər.
Araz Paşayev çıxışında AHİK-in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi prosesində həmkarlar ittifaqlarının strateji mövqeyini diqqətə çatdırıb, üzv təşkilatlar arasında həmrəyliyin və vahid fəaliyyət xəttinin əsas hədəf olduğunu vurğulayıb. O, birbaşa dialoqun genişləndirilməsi və ilk təşkilatlara sistemli dəstəyin artırılmasının Komitənin əsas istiqamətlərindən olduğunu bildirib.
Görüşdə sosial müdafiə, maarifləndirmə, əmək münasibətləri və işçi hüquqlarının təminatı üzrə həyata keçirilən təşəbbüslərlə bağlı təqdimatlar edilib.
İlk təşkilat sədrləri ilə sual-cavab əsasında fikir mübadiləsi aparılıb, səsləndirilən rəy və təkliflər qeydə alınıb.
ETİHİ rəhbərliyi tərəfindən regional görüşlərin digər bölgələrdə də davam etdiriləcəyini və üzv təşkilatlarla qarşılıqlı fəaliyyətin gücləndirilməsinin prioritet olduğunu diqqətə çatdırılıb.
Qeyd edəki ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi hazırda ölkə üzrə 405 mindən artıq ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatı özündə birləşdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki