image-7901_1727699722backend

Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun məqaləsi “Web of Science”da indekslənən nüfuzlu elmi jurnalda çap olunub

image-reklam_sirab_01

AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovun görkəmli qazax yazıçısı Abay Kunanbayevin yaradıcılığına həsr olunmuş məqaləsi işıq üzü görüb.

“Abay Kunanbayevin çoxşaxəli və rəngarəng lirikası” adlı məqalə ingilis və ispan dillərində dünyada mövcud A kateqoriyalı və beynəlxalq xülasələndirmə bazası olan “Web of Science”da indekslənən elmi jurnalda – Kubada nəşr edilən “Universidad y Sociedad” adlı nüfuzlu nəşrdə çap olunub.

Qeyd edək ki, elmi məqalə Azərbaycan, qazax, rus, ingilisdilli ciddi qaynaqlar və mənbələr əsasında hazırlanıb. Məqalə bu mövzuda elmi tədqiqat aparan dünya alimləri üçün ciddi istinad mənbəyidir.

Məqalə ilə bu linklərə (ingiliscəispanca) keçid etməklə tanış ola bilərsiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki