image-reklam-veteninfo
image-1backend

Finlandiya Azərbaycanın nəqliyyat imkanlarından istifadə edəcək -ŞƏRH

image-reklam-veteninfo

Azərbaycanın nəqliyyat imkanlarından daha bir dövlət, uzaq Finlandiya da istifadə edəcək. Finlandiya Prezidenti Aleksandr Stubb Qazaxıstana iki günlük səfəri çərçivəsində bu ölkənin lideri Kasım-Jomart Tokayev ilə geniş fikir mübadiləsi aparıb. Maraqlıdır ki, bu iki dövlətin lideri bir il əvvəl məhz Bakıda görüşmüşdülər. Aleksandr Stubb və Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində bir araya gəlmişdilər. Bakıdakı görüşdə Finlyandiya, Şimali Avropa regionunda və bütövlükdə Avropa İttifaqında Qazaxıstanın etibarlı tərəfdaşı adlandırılmışdı.

Finlyandiyanın Mərkəzi Asiya ölkələri ilə ticarətinin təqribən 90 faizi məhz Qazaxıstanın payına düşür. Helsinkinin Qazaxıstanla əməkdaşlığı dərinləşdirməkdə başqa marağı da var. Finlandiyada iki atom elektrik stansiyası fəaliyyət göstərir və bu stansiyalar daima uran ilə təmin olunmalıdır. Keçmiş illərdə Finlandiya uranı Rusiyadan alırdı, ancaq indi bu mümkün deyil. Bu səbəbdən Helsinki, diqqətini Qazaxıstan uranına yönəldib. Beləliklə, Fransa ilə yanaşı, Finlandiya da Qazaxıstandan uran alacaqsa, bu material gələcəkdə Orta dəhliz və Azərbaycan üzərindən daşınacaq.

Elxan Şahinoğlu

Politoloq


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki