image-yasat_fondu_loqosubackend

Fondun yaradılması milli birliyin qorunmasına institusional töhfədir

image-reklam_sirab_01

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız, onların göstərdikləri şücaət heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca zirvəyə yüksələn oğullarımız qəhrəmanlıqları ilə təkcə valideynlərinin deyil, bütün xalqın övladına çevrilirlər. Hər kəsin qəlbində məskən salırlar. Vətən uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Çünki Vətənin, millətin, dövlətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətlə anılmalı, xatirələri əziz tutulmalıdır.
II Qarabağ savaşı xalqımızın ürəyinə su səpdi, bütün xalqlar arasında başımızı dik tutmağa, məğrur dayanmağımıza zəmin yaratdı. Təbii ki, xoş günləri, tarixi hadisəni bizlərə yaşadan ilk növbədə qəhrəman əsgərlərimiz oldu.
Azərbaycan Respublikası 30 il idi ki öz doğma torpaqlarından məhrum edilmişdi.2020-ci il sentyabr ayının 27-si düşmənlərimizin təxribatlarına qarşı əks hücuma keçərək tariximizin şanlı səhifəsi olan Böyük Vətən müharibəsinə başladıq.Bu 44 günlük müharibədə öz zəfərimizi çaldıq.30illik həsrət bitdi.Başda Ali Baş Komandan İlham Əliyev olmaqla biz bu zəfəri ordumuza,şəhidlərimizə,qazilərimizə borcluyuq.Dövlətimiz şəhidlərimizin ailələrinə,qazilərimizə daima diqqət və qayğı ilə yanaşır.Onların ehtiyaclarını ödəmək üçün fondlar da yaradılmışdır.2020-ci il 8dekabr tarixində” Yaşat” fondu yaradılmışdır.Fondun əsas məqsədi şəhid ailələrinə və qazilərə dövlətin dəstəyindən əlavə dəstək verilməsidir.Xalqımız birlik olmağı 44günlük müharibədə bütün dünyaya göstərmişdir.Göstərməyə də davam edir.”Yaşat”fonduna könüllü odəmələr etmələri də bunun bir göstəricisidir.Fondun əsas fəaliyyətinə şəhid və qazi ailələrinin məişətinin yaxşılaşdırılması,tibbi ehtiyaclarının ödənilməsi,borc və öhdəliklərinin ödənilməsi kimi məsələlər daxildir.
Yaradılan fondlardan bir digəri də “Qarabağ Dirçəliş fondu”dur. 2021-ci il 4yanvar Prezidentin fərmanı ilə yaradılmışdır.”Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikası işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması,habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçiriləcək tədbirlərə yardım üçün yaradılmışdır.Həmçinin müharibə zamanı mülki əhaliyə dəymiş ziyanı aradan qaldırmaq üçün də fond yaradılmışdır.Dövlətimizin göstərdiyi qayğılar bunlarla bitmir.Nazirlər Kabinetinin 2021-ci il 30yanvar tarixli 24nömrəli Qərarına əsasən Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı”adının verilməsi işinin təşkili üçün Xüsusi Komissiya yaradılmışdır.Ölkəmiz 3000-ə yaxın şəhid vermişdir.Şəhidlərimiz,qazilərimiz və onların ailələri daima başımızın tacı olacaqlar.Dövlətimiz onlarin ehtiyaclarını daima qarşılayacaqdır.Bizlər nə etsək də onların borcunu ödəyə bilmərik.Ruhları qarşısında baş əyirik.

Bakı Dövlət Universiteti
Mustafayeva Aytac


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki