“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadiqov maraqlı açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının təsnifat mərhələsinin ilk görüşündə Zaqreb “Dinamo”suna evdə 1:2 hesabı ilə uduzduqları oyundan danışıb.
O, futbolçuların fiziki gücünün aşağı olmasının səbəbini belə açıqlayıb: “Mən oyunçuları qınamıram. Burada universitet məsələləri var. Futbolçuların bəziləri 6 saatlıq dərsdən çıxır, ac qarına məşqə gəlir. Onların yarısı səhər növbəsində, yarısı günortada sonra oxuyur. Bütün bunlar təsir edir. Çünki belə olduqda bəziləri bizimlə məşq edir, bəziləri əvəzedici heyətdə məşqlərə qoşulur. Bütün bunlar oyunlara təsir edir”.
Qeyd edək ki, “Qarabağ” U-19 komandası bir həftə sonra Zaqrebdə “Dinamo” ilə cavab görüşünə çıxacaq.


























