image-1648544088_6d665f22-b18f-4afc-b4f8-5c7b85a35daabackend

Füzuli Məcidliyə “Dostluq” ordeni təqdim olundu

image-reklam_sirab_01

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli Qazaxıstan Respublikasının prezidenti Kasım-Comərd Tokayevin sərəncamına əsasən, II dərəcəli “Dostluq” ordeni ilə təltif olunub.

Veteninfo.az xəbər verir ki, bu gün “Dostluq” ordenini həmyerlimiz Füzuli Məcidliyə Qazaxıstanın xarici işlər nazirinin birinci müavini Şaxrat Nurşev təqdim edib.

“Dostluq” ordeni ölkənin həm sosial-iqtisadi və mədəni inkişafında, həm də xalqlar arasında sülhün və dostluğun inkişaf etməsində aktiv fəaliyyət göstərən xadimlərə təqdim oluunur.

Beynəlxalq Türk Akademiyası 25 may 2010-cu ildə fəaliyyətə başlayıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə quruma üzv ölkələrdir. Macarıstan isə təşkilatda müşahidəçi kimi təmsil olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki