image-reklam-veteninfo
image-usaq1backend

Gənclər üçün uşaq hüquqları üzrə maarifləndirici təlim keçirilib

image-reklam-veteninfo

“Uşaq Hüquqları Müdafiəsi Liqası” İctimai Birliyi tərəfindən gənclər arasında BMT-nin Uşaq Hüquqları Konvensiyası və onun təmin olunması istiqamətində növbəti təlim təşkil olunub.

Tədbirdə konvensiyanın dünyanın hər yerində yaşayan uşaqların hüquqlarını qoruyan və onların yaşaması, inkişafı üçün zəruri olan minimum standartları müəyyən edən beynəlxalq saziş olduğu vurğulanıb. Qeyd edilib ki, sənədi ratifikasiya edən hər bir dövlət uşaq hüquqlarının qorunması istiqamətində üzərinə düşən öhdəlikləri tam yerinə yetirməlidir.
Vurğulanıb ki, üzv dövlətlər həyata keçirdikləri tədbirlər barədə daimi fəaliyyət göstərən xüsusi Uşaq Hüquqları Komitəsinə müntəzəm olaraq hesabat və məlumat təqdim edirlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki