image-reklam-veteninfo
image-xbackend

“Gender və Tərəqqi” İctimai Birliyi İİV profilaktikası üzrə fəaliyyəti barədə ümumi məlumat verib

image-reklam-veteninfo

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi İİV profilaktikası istiqamətində həyata keçirdiyi fəaliyyət, göstərdiyi xidmətlər və təşkilatın iş prinsipləri barədə ümumi məlumat təqdim edib.

Təşkilat uzun illərdir kişilər arasında İİV-in profilaktikası sahəsində fəaliyyət göstərir. Xidmətlər Bakı, Sumqayıt və Gəncə şəhərləri ilə yanaşı, regionları da əhatə edir. Sosial işçilər tərəfindən maarifləndirmə aparılır, pulsuz qoruyucular və lubrikantlar təqdim olunur, şəxslər İİV testinə yönləndirilir və ehtiyac olduqda tibbi xidmətlərə çıxışlarında dəstək göstərilir.

İİV test xidmətlərinin əlçatanlığının artırılması məqsədilə regionlarda mobil laboratoriyaların imkanlarından da istifadə olunur. Təşkilat həmçinin PrEP (İİV-ə yoluxma riskini azaltmaq məqsədilə, İİV-ə yoluxmamış şəxslərin əvvəlcədən qəbul etdiyi profilaktik dərman müalicəsi) istiqamətində fəaliyyət göstərir. Bu xidmət üzrə müraciət edən şəxslərə məlumat və müvafiq tibbi xidmətlərə yönləndirmə təmin edilir.

Təşkilatın fəaliyyəti mütəmadi olaraq Səhiyyə Koordinasiya Komitəsinin və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin müvafiq işçi qrupunun iclaslarında təqdim olunur. Həmçinin xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə monitorinq və auditlər həyata keçirilir.

2025-ci il ərzində təşkilatın profilaktik xidmətləri ümumilikdə 18 000 nəfəri əhatə edib.

“Gender və Tərəqqi” Maarifləndirmə İctimai Birliyi bildirir ki, əsas məqsəd İİV profilaktikası xidmətlərini daha əlçatan etmək, insanları vaxtında test və tibbi xidmətlərə yönləndirmək və regionlarda icma ilə işi davamlı şəkildə gücləndirməkdir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki