image-864c1b1e-aaed-3480-b5ac-832bc7153058_850backend

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı artıb

image-reklam_sirab_01

Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı 37 nəfər təşkil edir.

Veteninfo.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin fevral ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, onların 33-ü kişi, 4-ü isə qadındır. Vətəndaşların sayı aylıq müqayisədə 2 nəfər artıb.

Qonşu ölkənin həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə aylıq müqayisədə dəyişməz (103 nəfər) olaraq qalıb. Həmin şəxslərin 18-i ittiham olunan, 1-i yeniyetmə olmaqla 85-i isə məhkumdur.

Gürcüstanda həbs cəzası çəkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 565, probasiya nəzarətində saxlanılan xarici ölkə vətəndaşlarının ümumi sayı isə 283 nəfərdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki