Ötən il qeydə alınan hemofiliyalı xəstələrin sayı açıqlanıb.
Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, hazırda Azərbaycanda 1738 nəfər hemofiliyalı xəstə qeydiyyatdadır.
Qeyd olunub ki, ötən il ərzində qeydiyyata alınan xəstə sayı 51 nəfər olub. Onlardan 10-u qadın, 41 nəfəri isə kişi olub.