“Hərbçilərimizin maaşlarını artırmalıyıq”.
Vətəninfo.az xəbər verir ki, bunu deputat Vüqar İsgəndərov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Büdcə zərfində müdafiə və təhlükəsizlik sahəsinə kifayət qədər vəsait ayrılıb. Biz ordumuzun gücünü artırmaq üçün vacib addımlar atırıq. Düşünürəm ki, peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq xidmət keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşlarını bir neçə dəfə artırmalıyıq.
Təcrübə göstərir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə axın azalır. Hərbi sahədə çalışan insanların maaşlarının yüksək olması bu sahəyə olan axını stimullaşdırmış olar. Bura Daxili İşlər Nazirliyinin əməkdaşlarının da maaşlarını əlavə etməliyik. Çünki hüquq-mühafizə orqanları içində ən az maaş alan məhz DİN əməkdaşlarıdır”, – deyə V.İsgəndərov bildirib.