image-2backend

“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək

image-reklam_sirab_01

26 sentyabr 2024-cü il tarixində, saat 11.00-da “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Vətəninfo.az xəbər verir ki, 2023-cü ilin maliyyə ilinin yekunlarına əsasən bankın səhmdarlarına dividend ödənilməsi ilə bağlı məsələ müzakirə ediləcək.

Qeyd edək ki, səhmdarların növbədənkənar ümumi yığıncağı Bakı şəhəri. Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi 2E ünvanında yerləşən ofisində (3-cü mərtəbə, iclas zalı) keçiriləcək.

Xatırladaq ki, “Kapital Bank” ASC 2023-cü ili 242 milyon 209 min manat xalis mənfəətlə başa vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image