image-1backend

Azərbaycanda vaxtı keçmiş kreditlər son bir ildə 7,5% azalıb

image-reklam_sirab_01

2024-cü il oktyabr ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 480 milyon manat təşkil edib.

Vətəninfo.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari il sentyabrın 1-i ilə müqayisədə 1,5% və ya 6,9 milyon manat çoxdur.

İlin əvvəli ilə müqayisədə sektorun vaxtı keçmiş kreditləri 9,8% artıb, ötən ilin eyni dövrünə nisbətən 7,5% azalıb.

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.6 faiz bəndi azalaraq 1.7% təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image