image-2backend

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının tərkibi dəyişib

image-reklam_sirab_01

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasına Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv banklar tərəfindən “ABB” ASC-nin İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev və “Kapital Bank” ASC-nin İdarə Heyəti üzvü Fərid Hidayətzadə seçiliblər.

Vətəninfo.az xəbər verir ki, ABA-nın Rəyasət Heyətinin iclasında bununla bağlı gizli səsvermə keçirilib.

İclas zamanı ABA-nın nəzdində 2 yeni Ekspert Qrupunun yaradılmasına dair müzakirələr aparılmışdır. Nəticədə, ABA-nın nəzdində “Pərakəndə bankçılıq” üzrə alt Ekspert Qrupunun və “Kredit həyat sığortası” işçi qrupları birləşdirilərək yeni “Pərakəndə bankçılıq və kredit sığortası məhsulları Ekspert Qrupu”nun və “Data və Süni intellekt üzrə Ekspert Qrupu”nun yaradılması qərara alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image