image-hikbackend

Hikmət Hacıyev: Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir

image-reklam_sirab_01

2020-ci ilin 10 noyabrından 2024-cü ilin 11 noyabrınadək 382 Azərbaycan vətəndaşı Ermənistanın hərbi işğalı dövründə basdırdığı minaların qurbanı olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.

O, mina qurbanlarının sayının artdığını, Azərbaycanın Ermənistanın 30 illik işğalının nəticələrindən əziyyət çəkdiyini qeyd edib.

“Azərbaycanda mina qurbanlarının sayı artmağa davam edir. Azərbaycan Ermənistanın 30 illik hərbi işğalının nəticələrindən əziyyət çəkir”, – Hikmət Hacıyev əlavə edib.

Paylaşıma əlavə edilmiş qrafikaya əsasən, 2020-ci ilin ilin 10 noyabrından sonra 70 nəfər mina partlayışı nəticəsində həlak olub, 312 nəfər xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan 143-ü mülki şəxslər olub.

10 noyabrdan sonra mina partlayışı nəticəsində 15 hərbi qulluqçu həlak olub, 169-u xəsarət alıb.

Qeyd edilib ki, 1991-ci ildən bəri ANAMA tərəfindən 3400-dən çox mina qurbanı qeydə alınıb. Onlardan 359-u uşaqlar, 38-i qadınlar olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image