“İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq baş verib.
Bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Bildirilib ki, nasaz qatar köməkçi qatarın köməyi ilə xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə qatarların hərəkət intervalı bərpa olunub.
Qeyd edilib ki, hadisə zamanı Yaşıl və Bənövşəyi xətlərdə qatarların hərəkəti qrafikə uyğun davam edib.
“Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, – deyə açıqlamada bildirilib.


























