Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə görüşüb.
Veteninfo.az xəbər verir ki, görüş müddətində regional idarənin rəhbərliyi ilə rayon icra hakimiyyətinin başçısı arasında regionda mədəni səviyyənin yüksəldilməsi və dövlət mədəniyyət siyasətinin uğurla həyata keçirilməsi, mədəniyyət sahəsinin təkmilləşdirilməsi ilə bağlı layihələrin icra olunması, rayon icra hakimiyyəti və beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Regional idarənin rəisi Vəsilə Möhsümova bildirib ki, rayonun mədəniyyət işçilərinin yüksək potensialı var, mədəniyyət müəssisələrində müxtəlif mövzularda bir neçə layihələr həyata keçirilib. Mədəniyyət işçiləri şəhid ailələrini və qaziləri daim diqqət mərkəzində saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir. Bu ənənə davamlı olaraq mədəniyyət işçiləri tərəfindən həyata keçiriləcək. Regionda mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində regional idarənin üzərinə böyük vəzifələr düşür və bundan sonra da çalışacıq ki üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək.