10 dekabr 2025-ci il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “İİV/QİÇS üzrə İşçi Qrupun iclası” adlı tədbirdə iştirak edib. İİV komponenti üzrə 2025-ci ilin ilk doqquz ayının nəticələri təqdim olunub. QHT layihələri, maarifləndirmə, PrEP proqramı, stiqmanın azaldılması və miqrantların xidmətlərə çıxışı müzakirə edilib.
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.


























