image-img-20220616-wa0008backend

İki qardaş ölkənin gələcəyinin qurucusu Şuşa Bəyannaməsi!

image-reklam_sirab_01

İki qardaş ölkənin gələcəyinin qurucusu

Şuşa Bəyannaməsi!

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır.Bu qardaşlıq dərin və sarsılmazdır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə maddi və mənəvi qardaş dəstəyini daim nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük sevinc və  təntənə ilə qarşılanır. Bu səfərlərinin hər birində  iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.

Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu dəfələrlə qeyd etməsi Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın hər zaman yanındadır. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.

Bu dəstək şanlı qələbəmizdən sonra da davam etməkdədir. 15 iyun tarixindən Qafqazın mədəniyyət beşiyi Şuşa da imzalanmış bəyannamə böyük bir qardaşlıq nümunəsi oldu.Hər iki ölkə üçün bu bəyənnamənin əhməyyəti böyükdür.Biz bir daha sübut etdik ki, bu qardaşlıq əbədi və sarsılmazdır.Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmişdir.

Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi  zaman birgə məsləhətləşmələr aparılması sənəddə vacib məqamlardan biridir.Təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin əlaqələndirilmiş fəaliyyətinin təşkili bəyannamədə beynəlxalq qanun və qaydalara tam əməl olunduğunu, tərs heç bir maddənin olmadığını bir daha sübut edir.

Böyük  tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəldi.

Böyük ustadımız Bəxtiyar Vahabzadənin dediyi kimi:

Birdir bizim hər halımız

Diləyimiz, amalımız

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə.

Dinimiz bir, dilimiz bir

Ayımız bir, ilimiz bir

Eşqimiz bir, yolumuz bir

Azərbaycan-Türkiyə.

Məqsədi bir  olan iki dövlət heç şübhəsiz bir addım atmalı idi.Və biz bu günə qədər daim birlikdə mübarizə apardıq.Bizim birliyimiz dosta güc,düşmənə qorxu oldu.Bizim məqsədimiz çiçəkli bir dünyada,haqq və ədalət bayrağı altında yaşamaqdır.Bunun ən gözəl örnəyi Qarabağımızdır.İki qardaşın daim bir olması  uzun müddət unudulmuş ədaləti bərpa etdi.Və bu gün işğaldan azad olunmuş torpaqlarımızın çiçəklənməsində qardaş ölkəmiz daim yanımızda olacaq.Bizim birliyimiz daimdir, qardaşlığımız bütün dünyaya örnəkdir.

Mövlanova Ləman

Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki