Vətəninfo.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Qəzvində təhsilin inkişafı ilə bağlı iclasda deyib.
“Bu yaxınlarda baş vermiş müharibədə, bizə hücum edəndə bizim dostumuz olan bir sıra ölkələr gəlib bizə kömək etməli idilər, amma etmədilər.
Burada durduğum üçün Allahdan və xalqdan başqa heç kimə ümidim yoxdur. Başqa ölkələr kömək etmək istəsə də, istəməsə də, biz bu böhrandan çıxmalıyıq və çıxacağıq.
Onların köməyə gəlib-gəlməyəcəyini öyrənmək üçün kənara ümid bəsləməməliyik. Onlar kimdir? Biz onlardan zəifikmi?”, – Pezeşkian əlavə edib.


























