Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar yenidən bərpa olunub.
Veteninfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, vitse-spiker İşxan Saqatelyanın başçılıq etdiyi etirazçılar qrupu şəhərin Komitas prospekti ilə Amiryan küçəsinin kəsişməsini bağlayıb.
Hazırda “Müqavimət” hərəkatının üzvləri Paşinyanın istefası tələbi ilə İrəvanın Nor-Nork və Avan istiqamətlərindən İrəvanın mərkəzinə doğru irəliləyir.