image-7c8df7d1-a451-4c17-a7f0-449f94a97beebackend

İşğaldan azad edilmiş bütün ərazilər bərpa ediləcəkdir

image-reklam_sirab_01

Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Qəbul zamanı ölkə başçısı bir sıra mühüm məqamlara toxunub.

Dövlət başçısı bildirib ki: “Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf”.

Qeyd edilib ki, bu ərazilərdə aparılan bütün işlər planlı və sistemli şəkildə aparılacaqdır. Ölkə rəhbəri azad edilmiş bütün torpaqlarda baş plandan kənar bir dənə də qanunsuz tikilinin olmayacağını xüsusi olaraq vurğulayıb. Artıq azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə start verilib. Bərpa prossesi mərhələlərə bölünüb. Mərhələlər üzrə bərpa ediləcək kənd və qəsəbələr müəyyən edilib. Hazırda Zəngilan şəhərinin, o cümlədən, hər bir yeni yaradılacaq və bərpa ediləcək kəndin baş planı hazırlanır. Ölkəmiz bu ərazilərdə nümunəvi yaşayış məkanı yaradır. Bununla da həm Azərbaycan, həm də dünya üçün nümunəvi bir təcrübə sahibi olacağıq. Burada hər şey şəffaf, tenderlər və baş planlar əsasında yaradılacaqdır. Bununla əlaqədar işğaldan azad edilmiş bütün rayonlarda, o cümlədən Zəngilan rayonunda da bərpa işlərinə hazırlıq gedir.

Dövlət başçısı bildirib ki, Zəngilan rayonu azad edilmiş digər rayonlarımız kimi böyük dağıntılara məruz qalıb: “Ermənistan işğalçı qüvvələri Zəngilan rayonunu demək olar ki, yerlə-yeksan etmişlər. Zəngilan şəhərində cəmi 1-2 salamat bina qalıb, o binalardan da Ermənistan işğalçıları – hərbçilər istifadə edirdilər. Bir dənə də salamat kənd qalmayıb, Zəngilanın bütün kəndləri yerlə-yeksan edilib. Bu, bir daha erməni vandalizminin eybəcər sifətini bütün dünyaya göstərir, bir də onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan Ordusu bölgəmizi böyük bəladan – erməni faşizmindən xilas etmişdir”.
Prezident İlham Əliyevin sözlərinə görə, artıq bu ərazilərdə tarixi-dini abidələrimizin bərpası işinə başlanılıb. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Zəngilan şəhər məscidi indi əsaslı şəkildə təmir olunur, faktiki olaraq yenidən qurulur. Qısa vaxt ərzində bu məscidin bərpa edilərək açılışının şahidi olacağıq. Bərpa içləri bu ərazilərdəki digər mədəniyyət və dini abidələrdə dəaparılacaqdır.

Həcər Verdiyeva – AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki