image-reklam-veteninfo
image-62231b43ce51f62231b43ce520164646790762231b43ce51d62231b43ce51ebackend

İTS çərçivəsində göstərilən xidmətlərin 23 faizindən uşaqlar istifadə edib

image-reklam-veteninfo

“Uşaqların sağlamlığının qorunması, onların müayinə və müalicəsi məqsədilə uşaqlarda tez-tez rastlaşan tənəffüs sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, infeksion xəstəliklərin müalicəsi, eləcə də kardiocərrahi, koxlear implantasiya və digər əməliyyatlar Xidmətlər Zərfi ilə təminata alınıb”.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib. Onun sözlərinə görə, ötən il ərzində icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin 23 faizindən uşaqlar istifadə edib:

“578 uşağa dəyəri yüksək tibbi xidmətlər göstərilib. 264 uşaq ürək-damar cərrahiyyəsi, 141 uşaq isə koxlear implantasiya əməliyyatı olunub. Xüsusi ilə qeyd etməliyəm ki, ötən il boy hormonu çatışmazlığı olan 450 uşaq Agentlik tərəfindən ödənişsiz boy hormonu preparatı ilə təmin olunub”.

Z. Əliyev deyib ki, hamiləlik dövründə ananın sağlamlığı və bətnindəki körpənin sağlam formalaşması məqsədilə Agentliklə UNICEF-in əməkdaşlığı çərçivəsində Azərbaycana dəmir və fol turşusu tərkibli 54 000 qutu həb ianə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki