İspaniya polisi Kanar adaları yaxınlığında narkotik qaçaqmalçılığına qarşı ilə uğurlu əməliyyat keçirib.
Veteninfo.az “Reuters“ə istinadən xəbər verir ki, əməliyyat zamanı balıqçı gəmisində 2 900 kiloqrama yaxın narkotik vasitə olan kokain aşkar olunaraq götürülüb.
Məlumata görə, əməliyyat İspaniya Milli Polisi, Mülki Qvardiya və Vergi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilib.
Atlantik okeanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün strateji əhəmiyyətli nöqtəyə nəzarəti gücləndirmək üçün martın 15-də Kanar adaları gömrük nəzarətinin əməliyyat zonasına yeni “Condor” tipli patrul gəmisi göndərilib.