image-62691da9ef73b62691da9ef73d16510560411d17dd76179669c5c4a3fc8fc0b63ba5backend

Kəlbəcərdə yerüstü sulardan istifadə olunacaq

image-reklam_sirab_01

Kəlbəcər şəhərinin magistral xətti bərpa edilib və rayon ərazisində yerləşən hərbi, mülki obyektlər su ilə təmin olunub.

Veteninfo.az xəbər verir ki, bunu “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. Onun sözlərinə görə, Kəlbəcərin baş planı hazır olandan sonra, rayon ərazisində yerüstü sulardan istifadə olunacaq.

“İndidən orada necə su anbarı tikiləcəyini dəqiq deyə bilmərik. Bildiyiniz kimi, yerüstü sularda kəşfiyyat deyil, daha çox qiymətləndirmə aparılır. Yəni, suyun debiti yayda və qışda necə olur, suyun keyfiyyəti necədir, yağıntılı dövrlərdə sel daşqınları zamanı suyun çirklənməsi necə olur və s. Bunlar hamısı kompleks şəkildə araşdırılır və sonda qərar veriləcək. Əsas odur ki, içməli su mənbəyi ilə bağlı heç bir problemimiz yoxdur. Orada çox keyfiyyətli su ehtiyatları, bol suyumuz var”,- deyə Anar Cəbrayıllı qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki