image-a9ec91da-2d77-41f2-acd5-c743f76f32fabackend

Keşlə qəsəbəsində sakinlərin problemləri müzakirə edilib – FOTOLAR

image-reklam_sirab_01

 

 

Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Nizami  rayonu  Keşlə qəsəbəsinin sakinləri ilə görüşü olub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib ki, sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə yanaşı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Bakı şəhərinin və Nizami rayonunun bütün təsərrüfat və digər xidmət sahələrinin rəhbərləri iştirak edərək 3 saatdan çox ayaq üstə zala toplaşan 200 nəfər Keşlə sakininin müraciət və təkliflərini dinləyiblər.

Görüşdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, inkar edilməz faktdır ki, bu gün keçmiş Sovet İttifaqının tərkibində olan 15 müttəfiq respublikadan yalnız Azərbaycanda inkişaf vardır. Torpaqlarımız azad edilib, ölkədə sabitlik hökm sürür, bütün sahələrdə inkişaf gedir. Bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin dahi intellekti və müdrik siyasətinin nəticəsidir ki, onların da kökündə tarixdə şəxsiyyət faktoru, İlham Əliyev fenomeni dayanır.

Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndə əvəzi Anar Ağayev qəsəbədə görülmüş işlərlə bağlı hesabat verdi.

“Açıq mikrofon” formatında, maraqlı dialoq şəklində və sakinlərin böyük fəallığı ilə keçən görüşdə çıxış edən 40 nəfərə qədər qəsəbə sakini Bakı şəhərində, eyni zamanda, Keşlə qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib, dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.

Gürüş zamanı sakinlərin müraciət və təklifləri ilə bağlı müvafiq tapşırıqlar verildi. Bütün müraciət və təkliflər nəzarətə götürüldü.

image-a9ec91da-2d77-41f2-acd5-c743f76f32fa image-da5f0036-bbd5-4266-9a41-4f76ef659a1a image-f61208e6-80ad-4f40-a528-d5b7a20c7fcb image-9eda3070-fcb0-4218-85de-97034002dc09


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki