Konfransda Azərbaycanın mövqeyi bir daha bəyan edildi
Aprelin 28-də 23 ölkədən Azərbaycana gəlmiş 40 konfrans iştirakçısı bir gün əvvəl Azərbaycan mədəniyyətinin incisi Şuşa şəhərinə səfərləri zamanı azad edilmiş Qarabağda mühüm yenidənqurma və inkişaf layihələri, o cümlədən Füzulidəki hava limanı və yeni Zəfər yolu ilə tanış olmaları, erməni işğalından sonra miras qalan xarabalıqları görmələri olduqca mühüm məsələ idi.
Aprelin 29-da ADA Universitetində davam etdirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev konfransda qeyd edib ki, “Planlar genişmiqyaslıdır və biz onları büdcəmizdən maliyyə vəsaiti ayıraraq və beynəlxalq şirkətlərin dəstəyi ilə öz gücümüzlə həyata keçiririk”.
Prezident İlham Əliyev son aylarda Ermənistanla aparılan danışıqları, sülh sazişinin bağlanması ilə bağlı məsələləri, Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən üçtərəfli görüşləri dəyərləndirərək bir daha reallığı, əsl həqiqəti bəyan etdi.
Eyni zamanda, biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik. Nəhayət biz bu yaxınlarda Ermənistandan müsbət cavab aldıq. Onların hökuməti Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdi. Bu prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Həmçinin Azərbaycanın təklifinə uyğun olaraq, Ermənistan sərhədlərimizin delimitasiya prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupunun yaradılmasına, nəhayət razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.
Azərbaycan Prezidenti Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə yanaşı, reallıqları nəzərə almağı da vacib saydığını növbəti fikirləri ilə açıqlamış oldu: “Həm Türkiyə, həm də Rusiya müharibədən sonra regionda yeni konfiqurasiyanın iştirakçılarıdır.Vəziyyətə nəzarət edən Türkiyə-Rusiya Monitorinq Mərkəzi Ağdamda yerləşir. Belə bir format tarixdə ilk dəfə mümkün olmuşdur. Bundan əlavə Türkiyə-Rusiya münasibətləri də nəzərə alınmalıdır. Bu gün Prezident Ərdoğan Ukraynada atəşkəsin əldə olunmasında vasitəçilik edir. Bütün bunlar regional təhlükəsizlik və sabitliyə xidmət edir”-deyə bildirmişdir.
Ölkə rəhbəri Zəngəzur dəhlizi ilə bağlı dövlətimizin həyata keçirdiyi işlərdən bəhs etdi “əgər Ermənistan razılaşmadan boyun qaçırsa…Əlbəttə, bu dəfə də itirən ermənilər olacaq, dalanda qalacaqlar, bizim yenə də alternativlərimiz var!”
Aynur Xəlilova – publisist