image-img-20220410-wa0005backend

Könül Nurullayeva: “İdmançılarımızın arenalardakı davranışı həm də xalq olaraq bizim xarakterimizin təqdimatıdır”

image-reklam_sirab_01

Azərbaycanın idman ölkəsi kimi nüfuzu ilbəil artır. İdmançılarımız beynəlxalq yarışlarda bayrağımızı ucaltmaqda davam edir. Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən və 16 medal qazanmış Azərbaycan millisinin üzvləri ilə görüşdə də qeyd etdiyi kimi, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Sevindirici haldır ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir.

44 gün ərzində böyük tarixi Qələbə qazanan xalqı həm də idman arenalarında təmsil etmək böyük qürur və böyük məsuliyyətdir. Dövlət başçımız xüsusilə gənc nəslin vətənpərvərlik və milli dəyərlər əsasında formalaşmasına diqqət çəkdi. Bu məsələ dövlətçiliyin möhkəmlənməsi baxımından olduqca vacibdir. Çünki biz 44 günlük Vətən müharibəsində də Azərbaycan gəncinin vətənpərvərlik ruhunu gördük. Biz müharibəni ədalətli və ləyaqətli apardığımız kimi idman arenalarında da mübarizəmizi ədalətlə aparırıq. Dövlət başçımızın da söylədiyi kimi, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub edirik, bundan sonra da belə etməliyik. Prezidentin “qələbədən daha vacib ləyaqətdir” ifadəsi hər birimiz üçün nümunədir. İdmançılarımız da hər zaman mübarizəni layiqli qələbə uğrunda aparmalıdır. Təsadüfi deyil ki, Qarabağ futbol klubunun baş məşqçisi Qurban Qurbanovun yarışların birində ləyaqətli davranışı dövlət başçımız tərəfindən də təqdir olundu. Yəni, bu davranış xalq olaraq bizim obrazımızın, xarakterimizin dünyaya təqdimatıdır. Bütün dünya azərbaycanlı məşqçinin ədalətli yanaşmasını müzakirə etdi. Çünki idman yarışlarının auditoriyası çox geniş olur və bu arenada, milyonlar qarşısında çıxış etməyin məsuliyyəti də böyükdür. Burada yalnız idman yox, bütün keyfiyyətlər diqqətlə izlənilir və hər bir idmançının davranışı həm də onun ölkəsinin, xalqının imici deməkdir. Bu baxımdan Azərbaycan idmançılarına böyük təşəkkür düşür. Çünki hər zaman dövlətimizi ləyaqətlə təmsil ediblər. Bu gün Azərbaycan idman sahəsində də ədalətli ölkə kimi tanınır.

Prezident İlham Əliyev güləşçilərlə görüşdə bu məsələyə toxunmaqla idmançılarımıza gələcəkdə də bu prinsiplərə sadiq olmağı tövsiyə etdi.

İdmançılarımızın qarşısında duran əsas vəzifələrdən biri də “Paris-2024” Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmaqdır. Məlumdur ki, olimpiadalar tarixində ilk dəfə gender bərabərliyi təmin olunub. 32 idman növünün hər birində bərabər sayda kişi və qadın idmançılar mübarizə aparacaqlar. İki il sonra baş tutacaq oyunlarda bütün idman növləri üzrə idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki