image-img-20220402-wa0063backend

Könül Nurullayeva Nizami rayonunda yerləşən təhsil ocaqlarına baş çəkib

image-reklam_sirab_01

24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva təmsil etdiyi Nizami rayonunda yerləşən təhsil ocaqlarına ziyarətlərini davam etdirir. Nəzərinizə çatdıraq ki, budəfəki ziyarətləri çərçivəsində Xəzər Universitetinə baş çəkən K.Nurullayeva, rektor İradə Xəlilova ilə görüşüb. Görüş zamanı millət vəkili bildirib ki, Azərbaycanın təhsil siyasətində qabaqcıl rol oynayan və ölkəmizin ilk tədqiqat yönümlü özəl ali məktəbi olan Xəzər Universiteti beynəlxalq əlaqələrini daim inkişaf etdirir. “Tanınmış yerli və xarici şirkətlərlə yaxından əməkdaşlıq edən universitet tətbiq etdiyi tədris proqramlarının müasirliyi, verdiyi təhsilin keyfiyyəti və ciddiliyi ilə daim seçilir”, – deyə o əlavə edib.
Deputat Könül Nurullayeva, eyni zamanda Kimya-biologiya təmayüllü Respublika liseyini, “Zəngi” liseyini və 210 saylı tam orta məktəbi ziyarət edib, direktorlar Kamran Rəhimov, Almaz Əsgərova və Həqiqət Gülalıyeva ilə söhbətləşib. Görüşləri zamanı millət vəkilinin diqqətinə çatdırılıb ki, tədris ocaqlarında yüksək təhsillə yanaşı, şagirdlərin milli dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi önəm verilir. Könül Nurullayeva isə öz növbəsində respublika fənn olimpiadalarında və ali təhsil müəssisələrinə qəbul imtahanlarında şagirdlərinin əldə etdiyi yüksək nəticələrlə seçilən rayon məktəblərinin savadlı kadrlar yetişdirərək gələcəkdə daha böyük uğurlara imza atacağına əminliyini ifadə edib. Ziyarətləri çərçivəsində sinif otaqlarına baş çəkərək dərslərin gedişi ilə yaxından maraqlanan deputat K.Nurullayeva, həmçinin məktəblərin rəhbərliyinə, müəllim heyətinə və şagirdlərinə bundan sonrakı təhsil fəaliyyətlərində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki