image-konullu4backend

Könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir

image-reklam_sirab_01

Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri də potensiallı,bacarıqlı,savadlı və istedadlı gənclərin aşkar edilməsidir.Gənclərə daim dəyər verib,dəstək olan Cənab Prezidentimiz sadaladığım keyfiyyətlərə malik gənclərin müəyyənləşdirilməsi üçün  “ASAN” könüllüləri hərəkatını başlatmışdır.İstisna hal deyil ki, Prezidentimizin fərmanından öncə də bəzi özəl müəssisələrdə gənclərin bacarıq səviyyələrini müəyyənləşdirmək,şəxsi keyfiyyətlərini təkmilləşdirmək məqsədi ilə könüllülük fəaliyyəti həyata keçirilirdi,lakin könüllülük fəaliyyətinin geniş hərəkat formasında vüsət alması Cənab Prezidentin başlatdığı Könüllülər hərəkatı ilə bağlıdır.Cənab Prezidentin fərmanına əsasən  2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan “ASAN” Könüllüləri Təşkilatı (AKT) yaradıldı. başlamışdır.Gənclər müvafiq mərkəzlərdə könüllülüklə bağlı müsahibədən keçirlər məqbul hesab edilən şəxslər könüllü olaraq ilkin təlimdən keçərək fəaliyyətə başlayırlar.Əlavə olaraq bu fəaliyyət üçün gənc könüllü ilə “ASAN” könüllülər təşkilatı arasında qarşılıqlı öhdəliklərin qeyd edildiyi müqavilə imzalanır.Fəaliyyəti dövründə könüllülər rəhbər şəxslərlə subordinasiya qaydalarına riayət etməyi,işgüzar geyim qaydasını,düzgün ünsiyyət formasını öyrənib,təkmilləşdirillər. Bununla yanaşı könüllülər Azərbaycan Respublikasının Cənab Prezidenti İlham Əliyevin siyasi,iqtisadi,sosial islahatları ilə tanış olub Cənab Prezidentin uğurlu siyasətini dəstəkləyirlər.Bundan əlavə,Ulu Öndər Heydər Əliyevin də Azərbaycan gəncliyinə miras qoyduğu milli-mənəvi dəyərlərə bağlılıq hissi hər bir gənc aşılanır.Azərbaycan Prezidenti İlham Əliyev Könüllüləri daim yüksək qiymətləndirmişdir.Buna nümunə olaraq Prezidentimizin çıxışını göstərə bilərik.Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. “ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır”.

Əlavə olaraq bilirik ki məhz könüllülük fəaliyyəti Ulu Öndər Heydər Əliyevin də diqqətindən kənarda qalmamış,məhz bu fəaliyyətin təşəbbüskarı olmuşdur. “Belə ki, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başladı. Həmin proqram əsas götürülərək 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsiplərinin geniş təbliğinə başlanıldı.”

Prezidentimizin könüllərə verdiyi dəyəri məhz 2020-ci ilin “Könüllü ili” elan edilməsində də görə bilərik.Artıq Könüllülük fəaliyyəti yalnız “ASAN” xidmətlə kifayətlənmir,əksər dövlət orqanlarında gənclər bu fəaliyyətlə məşğul olurlar və təbiki bu da sevindirici haldır.Bu günə kimi Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verib, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynayıblar.Ölkəmizdə belə bir təbliğatın formalaşması sevindirici haldır.Həmçinin gənclər könüllülük fəaliyyətini ixtisaslaşdığı sahə üzrə həyata keçirsə bu gənclərin ixtisaslaşdığı sahə üzrə peşəkarlıq səviyyəsinin yüksəlməsinə də köməklik edəcəkdir.

AZƏRBAYCAN Universiteti

Dövlət və ictimai münasibətlər

Dadaşov Rəsul


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image