image-626cddd7ec413626cddd7ec4161651301847fc69395ede5b3b9392ffb427872faf1ebackend

Laçında minaya düşən şəxs vəfat edib

image-reklam_sirab_01

Laçında minaya düşən fəhlə vəfat edib.

Veteninfo.az xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında keçinib.

Dağ Kəsəmən kənd icra nümayəndəsi İbrahim Qiyasbəyov faktı təsdiq edib. O bildirib ki, Pərvin Salahovun nəşi bu gün günorta saatlarında Dağ Kəsəmən kəndinə gətiriləcək və kənd qəbiristanlığında dəfn edilcək.

Qeyd edək ki, aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki