image-cec55172-ca1e-34c5-a1e0-69744b143400_850backend

Litva Rusiya və Belarusa sanksiyalar çərçivəsində böyük məbləğdə vəsaiti dondurub

image-reklam_sirab_01

Litva Ukraynadakı müharibə səbəbindən Avropa İttifaqı (Aİ) və ABŞ-ın Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində milyonlarla ABŞ dolları və avro, həmçinin yüzminlərlə rubl vəsaiti dondurub.

Veteninfo.az TASS-a istinadən xəbər verir ki, sanksiyalara məruz qalmış 7 hüquqi və fiziki şəxsin adına olan 19,125 milyon avro və 2,071 milyon ABŞ dolları vəsait dondurulub.
Belə şəxslərin Litvanın maliyyə təsisatlarında olan 1,063 milyon avro, 1,348 milyon ABŞ dolları və 546 min rubl məbləğində pul köçürmələri bloklanıb.

Oxşar sanksiyalara Belarus təmsilçiləri də məruz qalıb. Belə ki, bu ölkənin 3 hüquqi və 1 fiziki şəxsinə qarşı ümumilikdə 45,7 min avro məbləğində sanksiya tətbiq olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki