image-fc1df657-2980-3dfd-9a4d-1e1980d1b600_850backend

London məhkəməsi Assanjın ABŞ-a ekstradisiyasına qərar verib

image-reklam_sirab_01

Londonun Vestminster Magistrat Məhkəməsi “WikiLeaks”in qurucusu Culian Assanjın ABŞ-a ekstradisiyasına dair qərar çıxarıb.

Veteninfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

İndi ABŞ tarixində ən böyük məxfi məlumatın açıqlanması ilə bağlı cinayətlərdə ittiham olunan və 175 illik həbs cəzası almaq təhlükəsi olan avstraliyalının ABŞ-a ekstradisiyası ilə bağlı işi Britaniyanın daxili işlər naziri Priti Patel qəbul edəcək. Ekstradisiya qərarı olacağı təqdirdə Assanjın müdafiə üçün London Ali Məhkəməsinə müraciət etmək imkanı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki