2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatıb.
Veteninfo.az Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, ümumilikdə 21103 nəfər ərizəsini təsdiq edib. Onlardan 19372-si Azərbaycan, 1731-i isə rus bölməsi üzrədir.
Həmçinin 14839 nəfər 2-ci cəhd imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 13760-ı Azərbaycan, 1079-u isə rus bölməsində təhsil almış bakalavrlardır.
Qeyd edək ki, magistraturaya qəbulun ikinci cəhd imtahanı mayın 29-da keçiriləcək. Birinci cəhd imtahanı isə fevralın 20-də baş tutmuşdu.