24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkili qəbul zamanı vətəndaşlarla fərdi formatda görüşərək onların şikayət və problemləri ilə yaxından maraqlanıb.
Qeyd edək ki, görüş zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında yeni tikilən binanın qanunsuz olması ilə bağlı vətəndaşın irəli sürdüyü iddia, badminton idman növünün məktəblilər arasında təbliğ edilməsi və kütləviliyinin artırılması ilə bağlı təklif, xəstəlikdən əziyyət çəkən azyaşlının müalicəsinə yardımın göstərilməsi, vətəndaşın aliment almaqla bağlı yaşadığı çətinlik, işlə təmin olunma və s. bu kimi məsələlər başlıca yer almışdır. Deputat Könül Nurullayeva səlahiyyətləri daxilində bütün vətəndaş bütün müraciətlərini qeydiyyata götürüb və onların ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlayacağını bildirib.