image-img-20220110-wa0014backend

Millət vəkili vətəndaşların şikayətlərini dinlədi

image-reklam_sirab_01

Milli Məclisin deputatı Könül Nurullayeva Nizami rayon sakinləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşlarımız tərəfindən edilən müraciətlər əsasında növbəti vətəndaş qəbulunu keçirib, müxtəlif mövzular üzrə səsləndirilən şikayət və təklifləri dinləyib.

Deputat qərargahından Veteninfo.az-a verilən məlumata görə, görüş zamanı qəbul iştirakçıları tərəfindən dilə gətirilən əsas problemlər sırasında xəstəlikdən əziyyət çəkən sakinin müalicəsinə maliyyə vəsaitinin ayrılması, məhəllələrin abadlaşdırılması, Keşlə qəsəbəsində kanalizasiya sistemində yaranmış problemin aradan qaldırılması, işlə təmin olunmaqla və əmək təqaüdünə çıxmaqla əlaqədar vətəndaşların qarşılaşdığı çətinliklər və s. bu kimi məsələlər başlıca yer alıb.

Qəbulun sonunda isə K.Nurullayeva görüş iştirakçılarının diqqətinə çatdırıb ki, səlahiyyətləri daxilində qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki