Milli Məclisin deputatı Ülvi Quliyev növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı əsasən işsizlik, idman sahəsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Deputat Ülvi Quliyev, vətəndaşların qaldırdığı məsələlərin bir çoxunun operativ həllini tapdığını bildirib. Qısa müddət ərzində həll edilə bilən problemlər yerindəcə həll olunub, həlli daha uzun zaman tələb edən məsələlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara yönləndirilib. Deputat, müraciət edən vətəndaşlara, müraciətlərin sürətli və düzgün şəkildə həll olunması üçün aidiyyəti orqanlarla daimi əlaqə saxlanacağını bildirib.
Vətəndaşlar tərəfindən irəli sürülən məsələlər diqqətlə dinlənilib, onların həlli üçün müvafiq tədbirlər görüləcəyinə əminlik verilib.


























