Fevralın 24-dən indiyədək Ukraynaya 1,1 milyon nəfər qayıdıb.
Veteninfo.az-ın “Figaro”ya istinadla xəbərinə görə, bu barədə Ukraynanın Sərhəd Xidmətinin sözçüsü Andrey Demçenko məlumat verib.
Sözçü əlavə edib ki, müharibə başlayandan ölkəni tərk edənlərin sayı 5 milyon nəfərə çatır.