image-400323058_0_76_1008_643_1920x0_80_0_0_9cfbf3003ffb658a1ec7ff6d2b72193bbackend

Müstəqillik dövründə bir milyondan çox şəxsin soyad sonluğu dəyişdirilib

image-reklam_sirab_01

“Müstəqillik qazandığımız gündən bu günədək 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib”.

Bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli “Adın, ata adının, soyadın dəyişdirilməsi” mövzusunda onlayn brifinqdə deyib.

Nahid Səfərli deyib ki, qaydalar qəbul olunduqdan indiyə qədər, yəni 11 il ərzində 24 mindən çox şəxsin ad və soyadı dəyişdirilib: “Ümumiyyətlə ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Nazirliyə olan müraciətlərin sayında artım müşahidə olunur. Ancaq əhali arasında soyad sonluğu ilə soyadın dəyişdirilməsi məsələsində qarışıqlıq yaranır. 18 yaşına çatmış hər Azərbaycan vətəndaşı adını, hətta soyadını da dəyişdirə bilər” – o deyib.

O diqqətə çatdırıb ki, Azərbaycan vətəndaşlığını qəbul edən şəxslər də soyad, ad, ata adının dəyişdirilməsi üçün müraciət edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki