image-22backend

NASA yadplanetlilərə görə ilahiyyatçılarla əməkdaşlıq edir

image-reklam_sirab_01

ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) yadplanetlilərin kəşfinin insanlara necə təsir edə biləcəyini anlamağa çalışır.

Vətəninfo.az xarici KİV-ə istinadla xəbər verir ki, bu çərçivədə ilahiyyatçılarla əməkdaşlıq edən NASA, 2014-cü ildə Prinseton Universiteti İlahiyyat Araşdırma Mərkəzinə 1,1 milyon dollar yardım edib.

Britaniyanın “The Times” qəzetinin xəbərinə görə, Kembric Universitetinin din xadimi və təlimatçısı Dr. Endryu Davison layihədə iştirak edən 24 ilahiyyatçıdan biridir.

E.Davisonun 2022-ci ildə nəşr olunacaq “Astrobiologiya və Xristian Doktrinası” kitabında yadplanetlilərə görə insanların dinlərə müraciət edəcəyi fikri yer alıb:

“Dünyadan kənar ağıllı varlıqlar kəşf olunarsa, bir çox insanlar hidayət üçün öz dinlərinin adət-ənənələrinə müraciət edəcək və dinlərdə cavab axtaracaqlar. Məsələn, digər canlıların varlığının insan həyatı və ləyaqəti üçün nə demək olduğu ilə bağlı sualların cavabını dində axtaracaqlar. Yadplanetlilərin kəşfi on il və ya əsrlər sonra baş verə, ya da heç olmaya bilər. Nəticələri əvvəlcədən düşünmək faydalıdır”,- deyə o qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki