“Qarabağ ərazisində dağıntıya məruz qalmış təhsil müəssisələri də vardır. O ərazidə 993 təhsil müəssisəsi olub ki, onlar da eynilə tarixi abidələrin aqibətini yaşayıb, dağıdılıb”.
Veteninfo.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müavini Firudin Qurbanov “Qarabağın və Şərqi Zəngəzurun Memarlıq İrsi. Bərpa, Qorunma və istifadə problemləri” adlı Beynəlxalq Elmi Konfransda çıxışı zamanı qeyd edib.
Nazir müavini həmçinin qeyd edib ki, Qarabağ bölgəsində 74 məscid, 800-dən çox qəbiristanlıq dağıdılıb, məhv edilib