Cəbrayılda elektrik enerjisi qovşağının yaradılması nəzərdə tutulur. Bununla Naxçıvana, oradan isə Türkiyəyə və İrana elektrik enerjisini ixrac edə biləcəyik.
Veteninfo.az xəbər verir ki, bunu Energetika Nazirliyinin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov jurnalistlərə açıqlamasında bildirib.
“İki layihənin birlikdə keçirilməsi hidroenergetika sahəsində Azərbaycan müstəqillik əldə etdikdən sonra həyata keçirdiyiən böyük layihə olaraq qiymətləndirilə bilər.Xudafərin Hidroqovşağının həcmi 1.6 milyard kum metrdir. Ancaq ordansuvarma suyunun götürülməsi nəzərdə tutulmur. Orda tikilmiş su elektrik stansiyasının gücü 100 meqavatdır Azərbaycan tərəfin payı. Ancaq Qız Qalası hidroqovşağının ümumi su həcmi 56 milyon kub metr olmaqla stansiyanın Azərbaycan tərəfin payı 40 meqavatdır.
Hər ikisinə vahid şəkildə baxdıqda il ərzində 358 milyon kilovat saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bu da 100000 ev təsərrüfatın enerji təminatı üçün kifayətdir. Məskunlaşmanı nəzərə aldıqda qeyd edə bilrik ki, ilk illərdə işğaldan azad olunmuş ərazilər üçün tikilmiş stansiyalar kifayət edəcək. Eyni zamanda elektrik enerjisinin ixracı üçündə imkanlar yaradılır . Bildiyiniz kimi Cəbrayılda elektrik enerjisi qovşağının yaradılması nəzərdə tutulur. Bu vasitə ilə Naxcıvana oradan isə Türkiyəyə və İrana elektrik enerjisini ixrac edə biləcəyik” – o deyib.